Bank Of Baku

Qaz sızması ilə əlaqədar müəllim və tələbələr Bakı Musiqi Akademiyasından evakuasiya edilib

Qaz sızması ilə əlaqədar müəllim və tələbələr Bakı Musiqi Akademiyasından evakuasiya edilib
# 04 iyun 2007 14:14 (UTC +04:00)
Bunun kəskin qaz iyi olduğunu ehtimal edən müəllimlər hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını çağırıblar. Hadisə yerinə gələn FHN əməkdaşları təhlükəsizlik tədbirləri görərək ilk olaraq binanı boşaldıb. Müəllim və tələbələr binanı tərk etdikdən sonra isə nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Jurnalistlərə məlumat verən akademiyanın inzibati-təsərrüfat işləri üzrə prorektoru Tahir Fərəcov bildirib ki, hadisə ilə bağlı FHN-ə saat 16:15-30 radələrində məlumat verilib: “Bu gün akademiyada imtahan olub. Xidmət müdirinin və gözətçinin dediyinə görə, bir neçə tələbə qazdan qıcıqlandıqları üçün küçəyə çıxıb. Bu zaman akademiyanın foeysində panika yaranıb”. Prorektorun sözlərinə görə, FHN əməkdaşlarının apardıqları yoxlamalar zamanı hansısa qaz sızması faktı aşkar edilməyib. T. Fərəcovun bildirdiyinə görə, akademiyaya qazın verilməsi aprelin 15-dən tam dayandırılıb. “Bizim özümüzə də belə vəziyyətin yaradılması şübhəlidir”, - deyən T. Fərəcov bunun tələbələrin imtahanın gedişini pozmaq cəhdləri olduğunu da istisna etməyib. Ərazidə olan FHN əməkdaşları yoxlamaların nəticəsi olaraq akademiyanın binasında heç bir təhlükənin olmadığını bildiriblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR