Bank Of Baku

Fərhad Əliyevin məhkəməsi ittiham aktının elanı ilə davam etdirilib

Fərhad Əliyevin məhkəməsi ittiham aktının elanı ilə davam etdirilib
# 04 iyun 2007 16:27 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçıları Nazir Bayramov və Bəşir Cəfərov ittiham aktının Respublika Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləmiş Ağəli Əhmədov, nazirliyin hüquq departamentinin keçmiş direktoru Elçin Nadirov, Sahibkarlığa Kömək Milli Fondunun sabiq icracı direktoru Qədir Hüseynov, Sahibkarlığın İnkişafı Departamentinin lisenziya nəzarəti və qeydiyyatı sektorunun sabiq müdiri Sakit Baxşıyev, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin keçmiş köməkçisi Elşad Abbasov və İİN-də Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin kiçik özəlləşdirmənin təşkili və qeydiyyatı sektorunun müdiri Mirməcid Əhmədova aid hissəsini elan ediblər. Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İttiham aktına görə, bu şəxslər F. Əliyev nazir işlədiyi müddətdə əlbir olaraq etil spirtinin və alkoqollu içkilərin istehsalına xüsusi razılıq verilməsi barədə müraciətləri süründürmədən müsbət həll etmək üçün dəfələrlə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıblar. Bu şəxslər F. Əliyevin göstərişi ilə “Cənubsənayetikinti” şirkətinin yarımçıq tikilisini və həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin, “AzərTac” Dövlət Agentliyinin balansında olan və dövlət əmlakı olan qeyri-yaşayış sahəsinin, 1 saylı Uşaq Poliklinikasının, 3 saylı Uşaq Xəstəxanasının, Xalq Təbabəti Mərkəzinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun qanunsuz olaraq özəlləşməsində də iştirak ediblər. F. Əliyev dəstə üzvləri S. Baxışov və İ. Mənsimovun vasitəçiliyi ilə etil spirtinin və alkoqollu içkilərin istehsalı üçün lisenziya verilməsi üçün Tovuz rayonunun İbrahimhacılı kəndində fəaliyyət göstərən “Azəri Frans” MMC-nin baş direktoru Məmmədova Nərgiz Rüfət qızından 1500, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində fəaliyyət göstərən “Fidan” şirkətinin direktoru Mahmudov Əflatun Əlisa oğlundan 4800, Ağstafa rayonunun Həsənsu kəndində fəaliyyət göstərən “Ümid” firmasının direktoru Hüseynov Tofiq Əmirxan oğlundan 5000, Bakı şəhəri, Biləcəri şosesi, 3199-cu məhəllədə fəaliyyət göstərən “Batabat” MMC-nin icraçı direktoru Hüseynov Ərəstun Musa oğlundan 300, “Lənkəran” Üzüm İstehsalı və Emalı Müəssisəsinin direktoru Şükürov İlham Şirəli oğlundan 3000 ABŞ dolları məbləğində rüşvət almaqda günahlandırılır. İttiham aktının elan olunması iyunun 5-də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR