Bank Of Baku

Rusiyada irqçilik və millətçilik zəminində baş vermiş insidentlərdən ən çox zərər çəkən Azərbaycan vətəndaşlarıdır

Rusiyada irqçilik və millətçilik zəminində baş vermiş insidentlərdən ən çox zərər çəkən Azərbaycan vətəndaşlarıdır
# 05 iyun 2007 14:17 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva İnsan Haqları bürosunun direktoru Aleksandr Brod rəhbərlik etdiyi qurumun keçirdiyi regional monitorinq zamanı bu nəticələrin əldə olunduğu bildirib. Onun sözlərinə görə, Rusiya ərazisində qeydə alınmış ksenofobiya faktları üzrə daha çox Azərbaycan, Özbəkistan, Ermənistan və Afrika ölkələrinin vətəndaşları zərər çəkiblər. A. Brod rasist hücumlarının daha çox Moskvada (21 ölü, 42 yaralı) baş verdiyini deyib. Sankt-Peterburqda baş vermiş ksenofobiya halları nəticəsində 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb, Nijeqorodsk vilayətində isə 22 nəfər zərər çəkib. Hüquq müdafiəçisi belə faktların getdikcə artdığını da vurğulayıb. Belə ki, 2004-cü ilin 1-ci yarısında Rusiya ərazisində irqçilik və millətçilik əməlləri nəticəsində 7 ölüm, 100-dək döyülmə, 2005-ci ildə müvafiq olaraq 10 ölüm, 200 döyülmə, 2006-cı ildə isə 17 ölüm və 130 döyülmə faktı qeydə alınıb. Bir fakt da maraqlıdır ki, 2007-ci ilin ilk 5 ayı ərzində qeydə alınmış ksenofobiya hallarının sayı 2006-cı ilin 1-ci yarısındakından çox olub. A. Brod hüquq müdafiəçilərinin milli nifrət zəminində Rusiyada baş verən cinayət hallarının artmasından ciddi narahatlıq keçirdiyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR