Bank Of Baku

Yevlax-Ağdam yolunda baş vermiş yol qəzasında ata və oğul həlak olub

Yevlax-Ağdam yolunda baş vermiş yol qəzasında ata və oğul həlak olub
# 05 iyun 2007 17:18 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Tərtər rayonu “Dördyol-1” qəsəbəsində məskunlaşmış Ağdam rayon sakini, 1970-ci il təvəllüdlü Şəmil Baxşəliyevin idarə etdiyi “T-28” markalı traktor Tərtərin Köçərli kənd sakini, 1951-ci il təvəllüdlü İslam Mirzəyevin idarə etdiyi “VAZ-2101” markalı, 63-BA-300 dövlət nömrə nişanlı abtomobillə toqquşub. Qəza nəticəsində İ. Mirzəyev və onun “VAZ-2101”-də olan oğlu, 21 yaşlı Xəqani Mirzəyev hadisə yerindəcə həlak olub. Ş. Baxşəliyev isə aldığı xəsarətlərlə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR