Bank Of Baku

Bakı-Quba yolunda baş verən yol qəzasında bir nəfər ölüb

Bakı-Quba yolunda baş verən yol qəzasında bir nəfər ölüb
# 06 iyun 2007 08:59 (UTC +04:00)
Bu gün səhər saat 07.00 radələrində Bakı-Quba yolunun 174-cü kilometrliyində, Quba rayonunun Vladimirovka kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Mahaçqala-Bakı marşrutu üzrə hərəkət edən, Fərhad Mustafayevin idarə etdiyi “Secra” markalı maşınla Xaçmaz rayonu Hacı Əlibəyli kənd sakini Eldəniz Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107”nin 33 yaşlı sürücüsü hadisə yerində keçinib. Quba rayon Yol Polis Şöbəsinin əməkdaşları bildiriblər ki, ilkin versiyaya əsasən hadisəyə səbəb “VAZ 2107”nin yüksək sürətlə etməsi olub. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR