Bank Of Baku

Əli Bayramlıda əxlaqsızlıq yuvası aşkarlanıb

Əli Bayramlıda əxlaqsızlıq yuvası aşkarlanıb
# 06 iyun 2007 09:06 (UTC +04:00)
Əli Bayramlıda əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməliyyat üzrə rəis müavini polis mayoru Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, Əli Bayramlı sakini Hafizə Ağayar qızı İsrafilova Səməd Vurğun küçəsi 1, mənzil 7-də yerləşən evini əxlaqsızlıq yuvasına çevirib. Qonşuların şikayətləri əsasında Əli Bayramlı ŞPŞ əməkdaşlarının şəhər polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu mənzildə fahişəliklə məşğul olan bir neçə qadın müəyyən edilib. Faktla bağlı H. İsrafilova barəsində Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR