Bank Of Baku

Beyləqanın “Kolxoz bazarı” adlanan ərazisində yanğın hadisəsi baş verib

Beyləqanın “Kolxoz bazarı” adlanan ərazisində yanğın hadisəsi baş verib
# 06 iyun 2007 11:46 (UTC +04:00)
Bu gün səhər saat 07:00 radələrində Beyləqan rayonunun “Kolxoz bazarı” adlanan ərazisində yanğın hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, yanğın nəticəsində 300 kvadrat metr ərazini əhatə edən 17 dükan yanıb. Bu dükanlarda əsasən ərzaq, geyim, parfümeriya və qızıl-zinət əşyaları satılırmış. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşları iki saat ərzində alovu söndürməyə müvəffəq olublar və yanğının genişlənməsinin qarşısını alıblar. FHN-in əməkdaşı, daxili xidmət mayoru Malik Əliyev APA-ya bildirib ki, hazırda yanğının baş vermə səbəbləri və sahibkarlara dəyən ziyanın məbləği müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR