Bank Of Baku

Güclü yağışlar Gədəbəy rayonunun bir neçə kəndinə ziyan vurub

Güclü yağışlar Gədəbəy rayonunun bir neçə kəndinə ziyan vurub
# 06 iyun 2007 14:21 (UTC +04:00)
Gədəbəydə yağan fasiləsiz yağışlar rayonun bir neçə kəndinə ziyan vurub. APA-nın qərb bürosunun xəbərinə görə, üç gün ərzində yağan yağışlar nəticəsində ən çox Rüstəməliyev və Düzyurd kəndlərinə ziyan dəyib. Gədəbəy rayon İcra Hakimiyyətindən bildiriblər ki, Rüstəməliyev və Düzyurd kəndlərindəki şəxsi təsərrüfatlara düşən dolu əkin sahələrini dağıdıb. Sel suları kəndlərarası yolları yuyaraq yararsız hala salıb, rayon mərkəzinin bəzi küçələrində isə asfalt örtüyünü sıradan çıxarıb. Hazırda sel sularının gətirdiyi daşlar və cınqılları təmizlənir və rayona dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.
Qeyd edək ki, bu gündən Gədəbəydə yağıntılar dayanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR