Bank Of Baku

Beyləqandakı 1 saylı uşaq bağçasında yanğın baş verib

Beyləqandakı 1 saylı uşaq bağçasında yanğın baş verib
# 06 iyun 2007 16:02 (UTC +04:00)
Bu gecə saat 01:08 radələrində Beyləqan rayonundakı 1 saylı uşaq bağçasında yanğın baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Beyləqan rayon şöbəsinin əməkdaşları göndərilib. Onlar uşaq bağçasında məskunlaşan məcburi köçkünləri evakuasiya edərək, yarım saat ərzində ram edə biliblər. DYMX Beyləqan rayon şöbəsinin sədr əvəzi Rəhim Aslanov APA-ya bildirib ki, yanğın nəticəsində 5 kvadrat metr ərazi yanıb. Onun sözlərinə görə, xəsarət alan yoxdur və alovun digər otaqlara keçməsinin qarşısı alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR