Bank Of Baku

Xaçmaz şəhərinin girəcəyindəki körpü çökür

Xaçmaz şəhərinin girəcəyindəki körpü çökür
# 08 iyun 2007 07:50 (UTC +04:00)
İyunun 7-də axşam saatlarında Gəndab-Yalama yolunun 14-cü kilometrliyində - Xaçmaz şəhərinin girəcəyindəki Vəlvələ çayının üzərində yerləşən körpü 40 santimetr çöküb. Nəticədə magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb. Avtomobillər körpüdən yan keçməklə Xaçmaza daxil olurlar. Körpünün hər iki tərəfində polis postları yaradılıb. APA-nın şimal bürosunun Xaçmazdakı 5 saylı yol-istismar idarəsindən aldığı məlumata görə, körpünü saxlayan dirəklər çökdüyü üçün mövcud problem yaranıb. Bu gün körpünün bərpasına başlanacaq və təmir işləri təxminən 20 gün davam edəcək. Xaçmaz Rayon İcra Hakimiyyətindən isə APA-ya bildiriblər ki, ilkin araşdırmalara əsasən çökməyə səbəb Vəlvələ çayında yerləşən daş karxanalarıdır. Belə ki, çayın məcrasındakı daş ehtiyatı normadan dəfələrlə artıq istifadə olunduğu üçün dirəklərin ətrafı boşalıb. Əsas rəy isə mütəxəssislərin əraziyə baxışından sonra açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR