Bank Of Baku

Narkotik maddə satan Əli Bayramlı sakinləri həbs edilib

Narkotik maddə satan Əli Bayramlı sakinləri həbs edilib
# 08 iyun 2007 09:29 (UTC +04:00)
Narkotik maddə satan Əli Bayramlı sakinləri həbs edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməliyyat üzrə rəis müavini Yaqub Məmmədov məlumat verib. Onun dediyinə görə, Əli Bayramlı sakinləri Vidadi küçəsi-2-də yaşayan 1968-ci il təvəllüdlü Fəxrəddin İsrafil oğlu Novruzov və 1966-cı il təvəllüdlü H.Əliyev küçəsi 14, ev 6-da yaşayan Həsən Əbil oğlu Bağırov narkotik maddə olan heroini satarkən həbs olunub. Onların üzərindən müvafiq olaraq 0,024 və 0,046 qram heroin aşkarlanıb. Fəxrəddin Novruzovun evində axtarış aparılarkən bir ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR