Bank Of Baku

Kəlbəcərdən olan məcburi köçkünlər arasında münaqişə zəminində qətl hadisəsi baş verib

Kəlbəcərdən olan məcburi köçkünlər arasında münaqişə zəminində qətl hadisəsi baş verib
# 08 iyun 2007 09:45 (UTC +04:00)
Kəlbəcər rayonundan olan məcburi köçkünlər arasında münaqişə zəminində qətl hadisəsi baş verib. Bu barədə APA-ya məlumat verən Goranboy rayon Polis Şöbəsinin rəisi Ağalar Məhərrəmov bildirib ki, insident bu gün saat 08 radələrində rayonun Dərəçinar kəndində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünlər - 1951-ci il təvəllüdlü Novruz Mustafayevlə onun həmyerlisi Məhəmməd İsayev arasında olub. N. Mustafayev M. İsayevə daşla zərbə endirərək onu qətlə yetirib, sonra isə qonşusu, 1962-ci il təvəllüdlü Mətanət Kərimovanın evinə gedərək onu öldürüb. N. Mustafayev Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR