Bank Of Baku

Xətai rayonu ərazisindəki evlərin birində partlayış baş verib

Xətai rayonu ərazisindəki evlərin birində partlayış baş verib
# 08 iyun 2007 10:08 (UTC +04:00)
Xətai rayonu ərazisində yerləşən yaşayış evlərindən birində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Əhmədli yolu küçəsində yaşayan Ruqiyyə Hüseynovaya məxsus ikimərtəbəli, altı otaqlı evdə qeydə alınıb. Hadisəyə təbii qazın sızması səbəb olub. Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində evin iki otağının yanar konstruksiyaları və içindəki əşyalar yanıb. R. Hüseynova, oğlu Tahir Hüseynov və hadisə zamanı evdə qonaq olan Turan adlı şəxs ağır yanıq xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR