Bank Of Baku

Salyanda “Ford” maşınının aşması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb

Salyanda “Ford” maşınının aşması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb
# 09 iyun 2007 10:13 (UTC +04:00)
Bu gecə Salyan rayonunun Kürsəngi kəndi ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini Fəxrəddin Əliyev idarə etdiyi “Ford” markalı maşını aşırıb. Nəticədə sərnişinlərdən Masallı rayon sakini İbadət Nurəliyev və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 25-30 yaşlı bir kişi aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Maşının sürücüsü və daha 5 sərnişin isə müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR