Bank Of Baku

Güclü külək Zaqatalada elektrik xətlərini qəza vəziyyətinə salıb, şəhərə və bəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb

Güclü külək Zaqatalada elektrik xətlərini qəza vəziyyətinə salıb, şəhərə və bəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb
# 09 iyun 2007 10:19 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon sakinləri məlumat verib. Məlumata əsasən, elektrik enerjisinin verilməsi bu gün günorta saatlarına qədər bərpa olunmayıb. Məsələ ilə bağlı Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin (PEŞ) rəisi Abid Ramazanovun APA-ya verdiyi məlumata görə, rayon mərkəzinin bəzi hissələrinə və rayonun bəzi kəndlərinə elektrik enerjisinin dayandırılmasına səbəb ötən gün axşam saatlarında rayon ərazisində əsən güclü külək olub. Güclü külək nəticəsində rayonun bir çox ərazisində ağaclar yıxılaraq, yüksək gərginlikli elektrik xətlərini qəza vəziyyətinə salıb. Bu gün Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları rayonun yüksək gərginlikli elektrik xətlərində və qəza yaranmış ərazilərdə qəzanın aradan qaldırılması istiqamətində işlər aparır. Təmir başa çatdıqdan sonra şəhər mərkəzinə və rayonun bəzi kəndlərinə elektrik enerjisinin verilməsi bərpa ediləcək. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR