Bank Of Baku

Leysan yağışları Gədəbəyin fermer təsərrüfatlarına 70 min manat ziyan vurub

Leysan yağışları Gədəbəyin fermer təsərrüfatlarına 70 min manat ziyan vurub
# 11 iyun 2007 09:58 (UTC +04:00)
Gədəbəy rayonunda yağan aramsız yağışlar təsərrüfata təxminən 70 000 manata yaxın ziyan vurub. Yağıntılardan əsasən Düzyurd və Rüstəm Əliyev kəndlərinin əkin sahələri ziyan çəkiblər. Bu barədə APA-nın Qərb BÜrosuna rayon icra hakimiyyəti başçısının müavini Qüdrət Paşayev məlumat verib. Onun sözlərinə görə, güclü yağışlar Düzyurd kəndində 34 hektara yaxın kartof və kələm sahələrini, Rüstəm Əliyev kəndində isə 15 hektara yaxın kartof sahələrini yuyub. Qüdrət Paşayev bildirib ki, Düzyurdda 151 təsərrüfata ziyan dəyib. Yağan güclü yağışlar Rüstəm Əliyev kəndində vacib körpülərdən birini qəza vəziyyətinə salıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR