Bank Of Baku

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ağır yol qəzası keçirməsi barədə informasiya təkzib olunur

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ağır yol qəzası keçirməsi barədə informasiya təkzib olunur
# 11 iyun 2007 17:19 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun Qaradağ rayonunun Sanqaçal ərazisində ağır yol qəzasına düşməsi ilə bağlı yayılan informasiya təkzib olunur. Qaradağ rayon prokuroru Tariyel Qurbanov APA-ya açıqlamasında sözügedən rayonun ərazisində C. Əsgərovun avtomobil qəzasına düşməsi faktının qeydə alınmadığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya nazirliyə bu faktla bağlı rəsmi və ya qeyri-rəsmi məlumat daxil olmadığını deyib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən isə quruma daxil olan qəza hadisələrində yalnız avtomobilin dövlət nömrə nişanı və hadisə nəticəsində xəsarət alanların sayı haqda məlumat daxil olduğu bildirilib. Qəzaya düşən şəxsin adı və soyadı isə aylıq hesabatda məlum olur.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Məhərrəm Səfərli isə APA-ya bildirib ki, C. Əsgərov iyunun 7-də konserndə keçirilən müşavirədə iştirak edib, daha sonra o, H. Əliyev adına Hava Limanına gedib.
Qeyd edək ki, iyunun 9-da isə C. Əsgərov Azərbaycan prezidenti İlham Əliyevi Sankt-Peterburqa səfərində müşayiət edib. AZ. TV-nin nümayiş etdirdiyi kadrlarda da AZAL prezidenti ölkə başçısının Sankt-Peterburqda qarşılanma və yolasalma mərasimlərində aydın görünür.
Qeyd edək ki, bu barədə ilkin informasiyanı “Yeni Müsavat” qəzeti 9 iyun tarixli sayında yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR