Bank Of Baku

Beyləqan sakinini oğlu qətlə yetirib

Beyləqan sakinini oğlu qətlə yetirib
# 11 iyun 2007 17:43 (UTC +04:00)
Beyləqan rayon ikinci Şahsevən kənd sakini Esmira Fərəməz qızı Abbasovanı 16 yaşlı oğlu Roman Elman oğlu Əhmədov qətlə yetirib. Hadisə ailə münaqişəsi zəmində baş verib. Beyləqan məhkəmə tibbi ekspertizasının rəisi Fazil Bayramovun APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, E. Abbasovaya oğlu iki bıçaq zərbəsi vurub. Mərhum bu zərbələrdən yerindəcə keçinib.
Qətli törətmiş R. Əhmədov isə anasına dəfələrlə xəbərdarlıq etdiyini, yüngül həyat tərzinə son qoyması üçün onunla mübahisə etdiyini, lakin bir nəticə olmadığını deyib: “Yoldaşlarımın arasına çıxa bilmirdim, ona görə də sonuncu dəfə dalaşdıq və bıçaqladım”. R. Əhmədov anasını qətlə yetirəndən sonra dayısıgilə qaçıb. Sonra isə evə dönərək, həyətdə anasının meyiti yanında oturaraq, polisləri gözləyib və onlar könüllü təslim olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR