Bank Of Baku

Ağdamda baş verən yol qəzasında bir nəfər ölüb, altı nəfər yaralanıb

Ağdamda baş verən yol qəzasında bir nəfər ölüb, altı nəfər yaralanıb
# 12 iyun 2007 08:34 (UTC +04:00)
Ağdam rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. İki minik maşınının toqquşması nəticəsində bir nəfər həlak olub, altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Quzanlı və Xındırıstan kəndlərini birləşdirən yolda baş verib. Əliyev Nazim İdris oğlunun idarə etdiyi “22-BB-893” dövlət nömrə nişanlı “Jiquli” VAZ-2103 markalı maşınla Ağdam rayon Yüzbaşılı kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mehtiqulu oğlunun idarə etdiyi “57-BE-267” nömrə nişanlı “Jiquli” VAZ-2106 markalı maşın toqquşub. Nəticədə Nazim Əliyev hadisə yerindəcə keçinib. Onun idarə etdiyi maşında olan iki nəfər sərnişin isə xəstəxanaya çatdırılıb. Onlardan biri ağır diaqnozla Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Digər maşında isə sürücü Ruslan Məmmədovla birgə atası - 1948-ci ildə anadan olmuş Məmmədov Mehtiqulu Məhəmməd oğlu, anası -1958-ci il təvəllüdlü Məmmədova Fəridə Famil qızı, həyat yoldaşı və yeni doğulmuş övladı olublar. Körpədən başqa sürücü və doğmaları müxtəlif dərəcəli xəsarət alıblar. Ruslan Məmmədov və anasının qıçları qırılıb, sürücünün atasına isə əzilmiş-sıyrılmış yaralar diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, yaralılardan üçü ilkin tibbi yardımdan sonra ev şəraitində müalicə ala bilərlər. Digər üç yaralının vəziyyəti nisbətən ağır olsa da, onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR