Bank Of Baku

Kondisionerdə baş verən qısaqapanma nəticəsində bir mənzil yanıb

Kondisionerdə baş verən qısaqapanma nəticəsində bir mənzil yanıb
# 12 iyun 2007 09:18 (UTC +04:00)
Bakının 8-ci kilometr qəsəbəsində, Qara Qarayev prospekti 86, mənzil 55-də yanğın baş verib. APA-nın məlumatına görə, 4-cü mərtəbədə yerləşən mənzil tamamilə yansa da, xoşbəxtlikdən zərər çəkən olmayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Ancaq yanğının söndürülməsi zamanı aşağı mərtəbələrdə yerləşən mənzillərə su axması bu mənzillərə ziyan vurub. İlkin versiyaya əsasən yanğına kondisionerdə baş vermiş qısaqapanma səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR