Bank Of Baku

Bakıda 7 avtomobil toqquşub

Bakıda 7 avtomobil toqquşub
# 12 iyun 2007 09:30 (UTC +04:00)
İyunun 11-də saat 22 radələrində Nizami rayonu ərazisinə Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəşisməsində 7 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Q. Qarayev prospekti ilə hərəkət edən “Tofaş” markalı avtomobilin “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində baş verib və bundan sonra zəncirvarı toqquşma baş verib. Nəticədə ciddi xəsarət alan olmasa da, “VAZ-2107”, 2 “Mercedes”, “VAZ-2106” və “Tofaş” markalı avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR