Bank Of Baku

Nərimanov rayonu ərazisində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib

Nərimanov rayonu ərazisində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib
# 12 iyun 2007 11:24 (UTC +04:00)
Nərimanov rayonu ərazisində çürüməyə məruz qalmış kişi meyiti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Araşdırmalar nəticəsində mərhumun Böyük Şor qəsəbə sakini Müsəllim Məmmədovun olduğu müəyyənləşib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyatla M. Məmmədovu yaxın qohumu, Şəmkir rayon sakini Qalib Məmmədovun bıçaqlayaraq öldürdüyü aşkarlanıb. Q. Məmmədov həbs olunub. İlkin araşdırmalara görə, hadisə məişət münaqişəsi zəminində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR