Bank Of Baku

Buzovna ərazisində üç nəfər dənizdə boğulub

Buzovna ərazisində üç nəfər dənizdə boğulub
# 12 iyun 2007 14:15 (UTC +04:00)
Srağagün Buzovna qəsəbəsi ərazisində üç nəfər dənizdə boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Batanlardan ikisi kişi, biri isə qadındır. Qadının və kişilərdən birinin meyiti dənizdən çıxarılıb. Digər kişinin meyitinin tapılması üçün tədbirlər görülür. Bundan başqa, Cəlilabad şəhər sakini Rabil Nəzərov Mişarçay çayında, Tovuz rayonunun Xatınlı kənd sakini Arif Əhmədov isə Kür çayında çimərkən boğulublar. R. Nəzərovun meyiti sudan çıxarılsa da, A. Əhmədovun cəsədinin tapılması üçün görülən tədbirlər hələlik nəticəsiz qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR