Bank Of Baku

Quba sakini intihar edib

Quba sakini intihar edib
# 13 iyun 2007 10:12 (UTC +04:00)
Bu gün səhər saatlarında Quba rayonunun Alpan kənd sakini, 1932-ci il təvəllüdlü Muxayeva Səhər Ustabala qızı intihar edib. Quba Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən xəbərə görə, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən mərhum özünü yaşadığı evin talvarından asıb. Hadisə ilə əlaqədar Quba rayon prokurorluğu istintaq aparır.
Qeyd edək ki, bu son iyirmi gündə Quba rayonunda baş vermiş ikinci intihar hadisəsidir. Son iki ayda isə Quba-Xaçmaz bölgəsində altı nəfər həyatına qəsd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR