Bank Of Baku

Ağabəy Sultanov II Fəxri Xiyabanda torpağa tapşırılıb

Ağabəy Sultanov II Fəxri Xiyabanda torpağa tapşırılıb
# 13 iyun 2007 16:01 (UTC +04:00)
APA-nın məlumatına görə, vida mərasimində A. Sultanovun tələbələri ilə yanaşı, Yazıçılar Birliyinin sədri Anar, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, aktrisa Kübra Əliyeva digərləri iştirak ediblər. Vida mərasimdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, zəngin tərcümeyi-halı olan Ağabəy Sultanov böyük ictimai xadim kimi tanınıb. Mərhumun gözəl pedaqoq olduğunu deyən nazir psixiatrın ona da dərs dediyini söyləyib: “Ağabəy Sultanov bizə dərs deyəndə gənc alim idi. Onun mühazirələri indiyədək yadımdadır. O, gözəl pedaqoq olub. Onun dərslərinə təkcə tələbələri deyil, başqa yerlərdən də dinləyicilər gəlirdi. Ağabəy Bakını çox sevirdi. O, Bakının tarixinə də çox yaxşı bələd idi”.
ATU-nun rektoru Əhliman Əmiraslanov isə A. Sultanovun həyatının çox hissəsinin bu təhsil müəssisəsi ilə bağlı olduğunu söyləyib: “Təhsil aldığı illəri də nəzərə alsaq, ümumilikdə onun həyatının 45 ili bizim universitetlə əlaqəlidir. O, burada böyük məktəb yaradıb. Mərhumun rəhbərlik etdiyi klinika nəinki Azərbaycanda və MDB-də, hətta dünyada məşhurdur. Bu klinikanın sorağı bütün dünyanı gəzir”. A. Sultanovu böyük alim adlandıran Ə. Əmiraslanov belə böyük şəxsiyyəti itirdiklərinə görə təəssüfləndiyini də dilə gətirib.
Mərhumun dayısı oğlu, tanınmış rejissor Oqtay Mirqasımov isə A.Sultanovu Azərbaycan xalqı üçün hədiyyə kimi qiymətləndirib: “O öz həyat yolunun sonuna çatdı. Ancaq arzum budur ki, onu unutmayaq, ondan bəhrələnək”.
Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR