Bank Of Baku

Gəncədə qayınata kürəkənini odlu silahla yaralayıb

Gəncədə qayınata kürəkənini odlu silahla yaralayıb
# 13 iyun 2007 14:40 (UTC +04:00)
Gəncədə qayınata kürəkənini odlu silahla yaralayıb. Gəncə şəhər Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumatına görə, 27 yaşlı Ramin Asəf oğlu Rzayevi güllələyən qayınatası, 1966-cı il təvəllüdlü Hüseynov Əşrəf Əjdər oğlu hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun barəsində axtarış elan ediblər. Hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, R. Rzayev Şah İsmayıl Xətai küçəsi döngə bir, 43 saylı ünvanda qayınatası ilə eyni evdə yaşayıb. Buna görə də mülk üstündə düşən mübahisə qayınatasının kürəkənini tapançadan açılan atəşlə yaralaması ilə nəticələnib. R. Rzayev sol çiynindən yaralanıb. Ə. Hüseynov isə odlu silahı da özü ilə götürərək, hadisə yerindən qaçıb. Onun əvvəllər də məhkumluğunun olduğu bildirilir.
Ramin Rzayevin vəziyyəti normaldır.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda qəsdən adam öldürməyə cəhd və qanunsuz silah gəzdirmə maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR