Bank Of Baku

İstintaq “Turanbank”ın valyutadəyişmə məntəqəsinin xəzinədarını zərərçəkən kimi tanıyıb

İstintaq “Turanbank”ın valyutadəyişmə məntəqəsinin xəzinədarını zərərçəkən kimi tanıyıb
# 14 iyun 2007 08:43 (UTC +04:00)
“Turanbank”ın valyutadəyişmə məntəqəsinin xəzinədarı Visorin Aleksandr Anatolyeviçə naməlum şəxslərin basqın edərək ona qarşı soyğunçuluq törədilməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı polis idarəsinin istintaq şöbəsində 181.2.1-ci (qabaqcadan əlbir bir qrup şəxs tərəfindən quldurluq), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) və 181.3-cü (mütəşəkkli dəstə tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar nəticəsində A. Visorin zərərçəkmiş qismində tanınıb və hadisə ilə bağlı ifadəsi alınıb. Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir, hələlik saxlanılan yoxdur. Qeyd edək ki, iyunun 9-da Nərimanov rayonu ərazisində, Təbriz küçəsi-180 saylı binanın qarşısında A.Visorinə naməlum şəxslər tərəfindən basqın edərək ondan 10 min 200 manat oğurlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR