Bank Of Baku

ANS və “Space” TV-nin yayımında yaranmış problem tam aradan qaldırılıb

ANS və “Space” TV-nin yayımında yaranmış problem tam aradan qaldırılıb
# 14 iyun 2007 08:55 (UTC +04:00)
ANS və “Space” TV-nin yayımında dünən axşam saatlarında yaranmış fasilələr texniki problemlərlə bağlı olub. Bu barədə “APA-Economics”ə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib ki, dünən Patamdardakı transformatorda problem yarandığından teleqülləyə elektrik enerjisi ötürən kabel sıradan çıxıb: “Problem yaranandan sonra digər elektrik kabelinə keçirildi. Artıq problem tam aradan qalxıb”. Yayımdakı problemin köhnə qüllənin sökülməsi səbəbindən yaranmadığını deyən M. Abbasov həmin telekanalların yeni qüllədən yayımlandığını da nəzərə çatdırıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR