Bank Of Baku

Beş ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1205 cinayət hadisəsi qeydə alınıb

Beş ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1205 cinayət hadisəsi qeydə alınıb
# 14 iyun 2007 12:14 (UTC +04:00)
Cari ilin beş ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı respublikada 1205 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Qeydə alınan cinayətlərin 739-u narkotiklərin saxlanması, 422-si satışı, 33-ü isə əkini ilə bağlıdır. Beş ay ərzində respublikanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən 330 kiloqram 311 qram müxtəlif növ narkotik maddə çıxarılıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 49 kq 678 qramı marixuana, 67 kq 487 qramı tiryək, 189 kq 738 qramı həşiş, 23 kq 408 qramı heroin olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR