Bank Of Baku

Salyanda itkin düşən şəxsi atasının qətlə yetirdiyi müəyyənləşdirilib

Salyanda itkin düşən şəxsi atasının qətlə yetirdiyi müəyyənləşdirilib
# 14 iyun 2007 15:11 (UTC +04:00)
Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arbatan kəndində baş vermiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir müddət əvvəl kənd sakini Zaur Abbasov itkin düşüb. Bu fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla Z. Abbasovu atası, əvvəllər məhkum olunmuş Akif Abbasovun öldürdüyü müəyyənləşdirilib. Məlum olub ki, A. Abbasov balta ilə qətlə yetirdiyi oğlunun cəsədini həyətində basdırıb. Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR