Bank Of Baku

Əli Bayramlıda bir ev yanıb

Əli Bayramlıda bir ev yanıb
# 18 iyun 2007 10:37 (UTC +04:00)
Bu gün səhər Əli Bayramlı şəhərində Bağ evləri massivi, Energetik küçəsi 3/1 ünvanında yerləşən, Zinyət Hüseynovaya məxsus beş otaqlı fərdi yaşayış evində yanğın baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər Yanğından Mühafizə İdarəsinin növbətçi hissəsindən məlumat verilib. Yanğın nəticəsində ev tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin versiyaya əsasən yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR