Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı Cəfərov Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı Cəfərov Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub
# 18 iyun 2007 12:21 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, 71 yaşlı akademik ağır ürək çatışmazlığı səbəbilə dünyasını dəyişib. Dünən səhər saatlarında Məmmədtağı Cəfərovun oğlu Şahin Cəfərov intihar edib. Gəncə şəhər prokurorunun baş köməkçisi İbrahim Həsənovun sözlərinə görə, 1961-ci il təvəllüdlü Şahin Cəfərov Adil İsgəndərov küçəsi, 33 ünvanında yerləşən mənzilində məftillə özünü asıb. Akademikin ölümünə də məhz oğlunun intihar etməsinin səbəb olduğu güman edilir. Gəncə şəhər prokurorluğu Şahin Cəfərovun intihar etməsi faktı ilə bağlı araşdırma aparır, prokurorluqdan APA-nın Qərb bürosuna bildiriblər ki, araşdırma başa çatmayıb, hadisənin təfərrüatları barədə yaxın 10 gün ərzində məlumat veriləcək. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akt zalında Məmmədtağı Cəfərovla vida mərasimi keçirilib. Vida mərasiminə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Xanlar rayon icra hakimiyyəti başçısı Arif Seyidov, digər rəhbər şəxslər, Gəncə şəhər ictimaiyyətinin nümayəndələri və AKTA tələbələri qatılıblar. Vida mərasimində çıxış edən ATU rektoru Əhliman Əmiraslanov, BDU rektoru Abel Məhərrəmov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov mərhum akademikin həyat və yaradıcılığından, elmi nailiyyətlərindən danışıblar. Vida mərasimindən sonra Məmmədtağı Cəfərov Gəncənin Səbiskar qəbiristanlığında torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR