Bank Of Baku

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib
# 18 iyun 2007 13:07 (UTC +04:00)
İyunun 18-də gecə saat 02.00 radələrində Ələt-Astara yolunun Cəlilabad şəhəri ərazisində ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad rayon sakini Əhəd Umud oğlu Məmmədovun idarə etdiyi 10 UR 626 nömrəli dövlət nişanlı “Mercedes” markalı maşın yolun əks istiqamətində dayanmış 3 avtomobilə çırpılıb. Hadisəyə səbəb “Mercedes”in sürücüsünün sürət həddini aşması olub. Nəticədə 09 BA 203 dövlət nömrə nişanlı 21011 avtomobilinin sürücüsü, 34 yaşlı Cəlilabad rayon sakini Zakir Əli oğlu Məmmədov yerindəcə keçinib. “Mercedes”də olan digər iki sərnişin isə bədən xəsarəti ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi qaldırılıb araşdırma aparılır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR