Bank Of Baku

15 yaşlı Ağdaş sakini Şirvan kanalına düşərək boğulub

15 yaşlı Ağdaş sakini Şirvan kanalına düşərək boğulub
# 19 iyun 2007 11:25 (UTC +04:00)
Ağdaş rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgər Həsən oğlu Muradov dünən saat 17:00 radələrində rayon ərazisindən keçən Şirvan kanalına düşərək boğulub. Mərhumun qohumları APA-nın Qarabağ bürosuna bildiriblər ki, bu barədə məlumatı saat 19:20 radələrində alıblar. Onlar çay boyunca Ə. Muradovun meyitini axtarsalar da, hələlik bir nəticə əldə edə bilməyiblər. Ağdaş Rayon Polis Şöbəsindən polis kapitanı Ramil Məmmədov APA-ya bildirib ki, hazırda meyitin axtarışı davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR