Bank Of Baku

Bu ilin 5 ayı ərzində Gəncə şəhərində 42 yol-nəqliyyat hadisəsi baş verib

Bu ilin 5 ayı ərzində Gəncə şəhərində 42 yol-nəqliyyat hadisəsi baş verib
# 20 iyun 2007 09:26 (UTC +04:00)
Bu ilin 5 ayı ərzində Gəncə şəhərində 42 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 48 nəfər yaralanıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Onun sözlərinə görə, ötən 5 ay ərzində 3768 sürücü barəsində yol hərəkət qaydalarını pozduğu üçün ölçü götürülüb. Bu ilin yanvar-may aylarında 690 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 fakt artıqdır. A. Zeynalov əlavə edib ki, bu müddətdə 145 sürücü təhlükəli vəziyyət yaratdığına görə, 32 avtomobil isə dövlət nömrə nişanı olmadan idarə edildiyinə görə saxlanılıb: “Çox yaxşı haldır ki, bu ilin 5 ayı ərzində piyadanı vurub hadisə yerindən qaçan sürücü olmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR