Bank Of Baku

İnsan alveri ilə məşğul olan Yevlax sakini həbs edilib

İnsan alveri ilə məşğul olan Yevlax sakini həbs edilib
# 20 iyun 2007 12:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan daha bir azərbaycanlı qadını həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Araşdırma nəticəsində Yevlax rayon sakini Gülnarə Məmmədovanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək, insan alveri ilə məşğul olduğu müəyyənləşdirilib. Onun gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb cinsi istismara məruz qoyduğu məlum olub. Nəticədə G. Məmmədova tutulub, faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR