Bank Of Baku

2006-cı ilin mart ayında Lənkəran rayonunun Kərgəlan kəndində baş verən ölümlə nəticələnən qarət hadisəsinin üstü açılıb

2006-cı ilin mart ayında Lənkəran rayonunun Kərgəlan kəndində baş verən ölümlə nəticələnən qarət hadisəsinin üstü açılıb
# 20 iyun 2007 13:38 (UTC +04:00)
16 mart 2006-cı ildə Lənkəran rayonunun Kərgəlan kəndində baş verən ölümlə nəticələnən qarət hadisəsinin üstü açılıb. APA-nın məlumatına görə, Lənkəran Rayon Polis Şöbəsinin və Lənkəran Rayon Prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər Aybəniz Qasımova, Səyavuş Ağayev və Ramil Məmmədov həbs ediliblər. İlkin istintaq zamanı onlar törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, göstərilən tarixdə 1927-ci il təvəllüdlü Mədinə Kəlbiyevanın evinə girən cinayətkarlar onun və 1981-ci il təvəllüdlü Aysel Şükürovanın ağzını və əl-qolunu “skot甝la bağlayaraq evi qarət ediblər. Bu zaman M. Kəlbiyeva ürək çatışmazlığından vəfat edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR