Bank Of Baku

Səbayel rayonu ərazisində güclü yanğın baş verib

Səbayel rayonu ərazisində güclü yanğın baş verib
# 21 iyun 2007 12:45 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın İstiqlaliyyət küçəsi 49/26 ünvanında (Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası ilə üzbəüz) yerləşən ümumi həyət tipli iki mərtəbəli binada baş verib. Bir saatdan artıq davam edən yanğının qarşısı alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Fizuli Əsədov jurnalistlərə bildirib ki, yanğınsöndürmə briqadaları ikinci dərəcəli çağırışla hadisə yerinə gəlib. Onun sözlərinə görə, yanğının təxminən 200 kvadrat metr sahəni əhatə edib. Yanğının söndürülməsinə 1 saat vaxt sərf olunduğunu deyən F. Əsədov alovun qonşu binalara keçməsinin qarşısının alındığını bildirib : “Hadisə yerinə Bakı Qarnizonunun bütün bölmələri cəlb olunub və yanğın tam söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əhaliyə dəyən maddi ziyan ekspertlər tərəfindən müəyyən ediləcək”. F. Əsədov ilkin versiya kimi yanğının elektrik xətlərində baş verən qısaqapanma nəticəsində baş verdiyini bildirib. Səbayel rayon 3 saylı köməkçi yardımçı stansiyanın həkimi Oruc Teyyubov isə APA-ya bildirib ki, yanğın zamanı 2-3 nəfər yüngül yanıq və zədə xəsarəti alıb. İlkin tibbi yardım göstərildikdən sonra buraxılıb. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR