Bank Of Baku

Quba sakininin intihar etmək cəhdinin qarşısı alınıb

Quba sakininin intihar etmək cəhdinin qarşısı alınıb
# 21 iyun 2007 14:39 (UTC +04:00)
İyunun 20-də axşam saatlarında Quba rayonunun Alpan kənd sakini, 1982-ci il təvəllüdlü Mehman Telman oğlu Əlixanov intihar etməyə cəhd göstərib. O, özünü kəndin yaxınlığında çayın qırağındakı ağacdan asıb. Lakin hadisə yerinə gələn Mehmanın anası intiharın qarşısını ala bilib. APA-nın şimal bürosuna Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, hazırda M. Əlixanov Qusar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər ona aparatla süni nəfəs verirlər. Xəstənin ümumi vəziyyəti nisbətən sabitləşdikdən sonra müalicə üçün Bakı şəhərinə gətiriləcəyi gözlənilir. İlkin versiyalara görə, M. Əlixanov ailə-məişət zəminində problemləri zəminində intihara cəhd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR