Bank Of Baku

Salyanın Təzəkənd kəndinin sakinləri “Salyan Oil” Əməliyyat Şirkətinə gedən yolu bağlayıb

Salyanın Təzəkənd kəndinin sakinləri “Salyan Oil” Əməliyyat Şirkətinə gedən yolu bağlayıb
# 21 iyun 2007 14:46 (UTC +04:00)
Bu gün Salyan rayonunun Təzəkənd kəndinin 50-dək sakini “Salyan Oil” Əməliyyat Şirkətinə kəndin içindən gedən yolu bağlayıb. Bu barədə APA-ya “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları “Salyan Oil”un qazdığı neft qurularının evlərinə çox yaxın olduğunu, evlərdə silkələnmə baş verdiyini, divarların çat verdiyini, kənddən keçən yolun bərbad hala çalındığını əsas gətirərək kompensasiya tələb ediblər. Lakin hadisə yerinə gələn polislər onları ərazidən uzaqlaşdırıblar. E. Məmmədovun sözlərinə görə, qarşıdurma zamanı 1940-cı il təvəllüdlü kənd sakini Rahilə Vəlayeva xəsarət alıb. Sakinlər aksiyaları davam etdirəcəklərini bildiriblər. E. Məmmədovun sözlərinə görə, kənd bələdiyyəsinin sədri Xidmət Orucov neft quyuları qazılan ərazinin evlərdən 100 metrdən artıq olduğunu bildirib və buna görə də sakinlərin kompensasiya tələbinin əsassız olduğunu deyib. İctimai Birliyin sədri yolların bərbad hala salınması ilə bağlı hələ bir neçə ay əvvəl Varlı, Kürsəngi, Aydıngül və Yolüstü kənd bələdiyyələrinin məhkəməyə müraciət etdiklərini, amma bu vaxta qədər bu işə baxılmadığını da qeyd edib.
Salyan rayon Polis Şöbəsinin rəis müavini Məmməd Qəhrəmanov APA-ya açıqlamasında bildirib ki, sözügedən kənddə yalnız bir neçə qadın kompensasiya tələbi ilə “Salyan-Oil”a müraciət edib. O, yolun kəsilməsi, aksiyanın keçirilməsinə cəhd və qarşıdurmanın olması ilə bağlı məlumatları təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR