Bank Of Baku

Narkotik maddə becərən Balakən rayon sakini həbs edilib

Narkotik maddə becərən Balakən rayon sakini həbs edilib
# 21 iyun 2007 15:33 (UTC +04:00)
Narkotik maddə saxlayan və becərən Balakən rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən məlumat verilib. Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Balakən rayonunun Şambulbinə kənd sakini, 1971-ci il təvəllüdlü İsa Salman oğlu Əzizova məxsus həyətdə dibçəyin içərisində əkilmiş 6 ədəd çətənə kolu, yaşadığı mənzildən isə 317 qr qurudulmuş marixuana aşkarlanar götürülüb. Faktla bağlı İ. Əzizov barəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR