Bank Of Baku

Naxçıvanlı zəvvarları Məşhəddən gətirən “Mercedes” markalı avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Naxçıvanlı zəvvarları Məşhəddən gətirən “Mercedes” markalı avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb
# 22 iyun 2007 08:34 (UTC +04:00)
Qəza nəticəsində 2 nəfər həlak olub, 10 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, qəza İranın Zəncan şəhərində baş verib, sərnişinlərin hamısı Naxçıvan Muxtar Respublikasının sakinləri olub. Sərnişin avtobusu iyunun 19-da Naxçıvana çatmalı imiş. Yaralıları Tehran və Təbriz şəhərlərində xəstəxanalara yerləşdiriblər. Yaralılardan üçünün uşaq olduğu bildirilir. Ölənlərin kimliyinə gəlincə, onların ikisi də əslən Ordubad rayonunun Vənənd kəndindəndir. Bunlar Culfa rayon sakini, 1931-ci il təvəllüdlü Məhəmməd Murtuz oğlu Rzayev və Ordubadın Xanağa kəndində yaşayan 1930-cu il təvəllüdlü Rübabə Məmmədhüseyn qızı Yusifovadır. Digər sərnişinləri Naxçıvana gətirən avtobus dünən gecə saat 4-də Muxtar Respublikaya çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR