Bank Of Baku

Gədəbəydə sel və daşqınlar əhaliyə ziddi maddi ziyan vurub

Gədəbəydə sel və daşqınlar əhaliyə ziddi maddi ziyan vurub
# 22 iyun 2007 08:56 (UTC +04:00)
Qərb bölgəsinə yağan leysan yağışları nəticəsində Gədəbəy rayonuna dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Gədəbəy rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hazırda rayon fövqəladə hallar komissiyası rayona dəymiş ziyanın miqdarını müəyyənləşdirir. Qeyd edək ki, leysan yağışları elektrik xətlərini sıradan çıxardığına görə, Gədəbəyin Maarif və Slavyanka kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Yağışlar Daşbulaq kəndini mavi yanacaqla təmin edən qaz borusunu sıradan çıxarıb. Sel və daşqınlar əhaliyə də xeyli maddi ziyan vurub. Rayonun Arıx Dam, Xar-Xar, Zəhmət, Daşbulaq, Maarif və Slavyanka kəndlərində bir sıra fərdi evlərin həyətyanı sahələrini su basıb. Bundan başqa sel suları Arıx Dam kəndində 4 avtomobili və yerli fermerlərə məxsus 30 baş heyvanı aparıb. Hazırda rayon icra hakimiyyəti dəyən ziyanın bir qismini daxili imkanlar hesabına aradan qaldırmaqla məşğuldur. APA-nın Qərb bürosunun məlumatına görə, hazırda Qərb bölgəsində fasilələrlə yağıntılar davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR