Bank Of Baku

Sel suları Daşkəsən-Gəncə istiqamətində iki yol və körpünü yuyaraq sıradan çıxarıb

Sel suları Daşkəsən-Gəncə istiqamətində iki yol və körpünü yuyaraq sıradan çıxarıb
# 22 iyun 2007 10:27 (UTC +04:00)
Dünən axşam radələrindən başlayaraq Daşkəsən rayonuna güclü leysan yağışları yağmağa başlayıb. APA-nın Qərb bürosunun məlumatına görə, sel suları Çovdar yaşayış məntəqəsi ilə Çaykənd kəndini birləşdirən yolu və körpünü, həmçinin Çovdar yaşayış məntəqəsindən Gəncə və Şəmkir istiqamətinə gedən yolu və körpünü yuyaraq aparıb. Hər üç istiqamətdə nəqliyyat yolu üzərində böyük yarğanlar əmələ gəlib. Daşkəsən rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Meydanəli Yolçuyev APA-nın Qərb bürosuna bildirib ki, rayon fövqəladə hallar komissiyasının sədri, icra hakimiyyəti başçısının birinci müavini Cavanşir Qocayev baş verən təbii fəlakətlə əlaqədar təcili toplantı keçirib: “Komissiya üzvlərin lazımi göstərişlər verildi. Günün ikinci yarısında hadisə yerinə baxış keçirilərək lazımi tədbirlərin görülməsi nəzərdə tutulub”. Hazırda Daşkəsən ərazisində yağışlar kəssə də, hava-parçalı buludludur. Axşam saatlarında bölgəyə yenidən güclü yağışların yağacağı proqnozlaşdırılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR