Bank Of Baku

Leysan yağışları Gədəbəyə 1,2 milyon manat ziyan vurub

Leysan yağışları Gədəbəyə 1,2 milyon manat ziyan vurub
# 22 iyun 2007 12:13 (UTC +04:00)
Güclü leysan yağışları nəticəsində Gədəbəy rayonuna dəyən ziyanın həcmi müəyyənləşdirilib. Rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yağan yağışlar nəticəsində 100 kilometr kənd yolları sıradan çıxıb, 8 kiçik körpü və 1 magistral körpü dağılıb. Bundan başqa sel və daşqınlar nəticəsində 30 hektar əkin sahəsi, 20-yə yaxın yaşayış evi və 30 baş iribuynuzlu mal-qara məhv olub. Dəyən ziyanın ümumi miqdarı 1 milyon 200 manat məbləğindədir. Dünən saat 13:30 radələrində başlayan və təxminən 2 saat davam edən leysan yağışlar Daşbulaq kəndindən başlayaraq ərazidəki qaz xəttini tamamilə dağıdıb. Rayona mavi yanacağın verilməsi hələ də bərpa olunmayıb. Leysan yağışları ən çox rayonun Daşbulaq, Arıx Dam, Maarif və Slavyanka kəndlərinə ziyan vurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR