Bank Of Baku

Ağdaş sakininin cəsədi Şirvan su kanalından tapılıb

Ağdaş sakininin cəsədi Şirvan su kanalından tapılıb
# 22 iyun 2007 12:41 (UTC +04:00)
Dünən Şirvan su kanalından bir kişi meyiti çıxarılıb. Ağdaş rayon prokurorluğunun müstəntiqi Vüqar Quliyevin APA-ya verdiyi məlumata görə, mərhumun Ağdaş rayon sakini Ələsgər Muradov olduğu müəyyənləşdirilib. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. İlkin araşdırma nəticəsində mərhumun iyunun 18-də ehtiyatsızlıqdan suya düşdüyü və kanalda boğulduğu məlum olub. Faktla bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qaraba𔝠kanalının Ağcabədi rayonun Qaravəlli kəndindən keçən hissəsində də bir kişi cəsədi aşkarlanıb. Mərhumun iyunun 19-da kanalda çimərkən boğulmuş kənd sakini Raməddin Tağıyev olduğu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR