Bank Of Baku

Astarada narkotik maddə satan iki şəxs həbs olunub

Astarada narkotik maddə satan iki şəxs həbs olunub
# 22 iyun 2007 14:08 (UTC +04:00)
Astara rayonu Polis Şöbəsinin əməkdaşları narkotik maddələr satışı ilə məşğul olan rayonun Şahağacı kənd sakinləri Ceyhun Məmmədov və Azər Həsənovu həbs ediblər. Astara rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, adı çəkilən şəxslərin üzərindən 2,155 qram heroin götürülüb. Faktla bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs barəsində həbs qəti-imkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR