Bank Of Baku

Bakı-Quba yolunun 150-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Quba yolunun 150-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib
# 22 iyun 2007 15:07 (UTC +04:00)
Bu gün saat 14:00 radələrində Bakı-Quba yolunun 150-ci kilometrliyində - Quba rayonunun Mirzəqışlaq kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, Qubadan Bakıya hərəkət edən “VAZ-2103” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobildə olan sərnişin, 69 yaşlı Gədəbəy rayon sakini Əfqan Hüseynov yerindəcə keçinib. Hər iki maşında olan 4 sərnişin yaralanıb və Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Quba Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, qəzaya səbəb “VAZ-2103” markalı avtomobilin sürücüsü Samir Şıxkərimovun sürət həddini aşması olub. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR