Bank Of Baku

Zaqatalada baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər yaralanıb

Zaqatalada baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər yaralanıb
# 23 iyun 2007 10:20 (UTC +04:00)
Bu gün səhər saat 10.00 radələrində köhnə Zaqatala-Qax yolunun Çobankol kəndi ərazisində kənd sakini Balayev Elnur Əlizadə oğlunun idarə etdiyi “20-CA-368” dövlət nişan nömrəli “Moskvi甝 və Zaqatala rayon sakini Bədəlov Tahirin idarə etdiyi “VAZ-2107” markalı 10-KV-649 dövlət nişan nömrəli avtomaşın qəza vəziyyəti yaradıb. “Moskvi甝 markalı maşın yüksək sürətlə digər maşını keçərkən qarşıdan gələn yanğınsöndürən maşınla toqquşub. Qəza zamanı “Moskvi甝in sürücüsü Elnur Balayev hadisə yerində ölüb. Yanğınsöndürən maşının içərisində olan Zaqatala Yanğından Mühafizə İdarəsinin Çobankol bölməsinin rəisi Nurullayev Ənvər Misir oğlu rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “VAZ-2107” markalı avtomaşının sürücüsü T. Bədəlov isə ağır bədən xəsarəti isə Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR