Bank Of Baku

Daimi Arbitraj Məhkəməsinin baş katibi Azərbaycanı “Beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli barədə” konvensiyaya qoşulmağa dəvət edib

Daimi Arbitraj Məhkəməsinin baş katibi Azərbaycanı “Beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli barədə” konvensiyaya qoşulmağa dəvət edib
# 23 iyun 2007 10:57 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, baş katib təmsil etdiyi hökumətlərarası qurum haqqında geniş məlumat verərək, təşkilata 107 dövlətin üzv olduğunu, dövlətlər arasında mübahisələrin arbitraj vasitələri ilə tənzimlənməsinə yönəldiyini, hazırda məhkəmənin hüquqi səlahiyyətlərinin daha da genişlənərək, ərazi mübahisələri, humanitar hüquq pozuntuları ilə yanaşı iqtisadi məsələləri və özəl şirkətlərlə bağlı mübahisələri də əhatə etdiyini diqqətə çatdırıb. O, Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycanın da quruma üzv olmasının arzu edilən olduğunu vurğulayıb, həmçinin “Beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli barədə” konvensiyaya qoşulmağa dəvət edib.
Öz növbəsində, nazir E. Məmmədyarov bu təklifin nəzərdən keçiriləcəyini deyib, hüquqi həllini tapmamış məsələlərə toxunaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində baş vermiş humanitar hüquq pozuntularını vurğulayıb, bu məsələlərin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Görüşdə qurumla Azərbaycan arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi imkanları müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR